UEFA Avropa Liqasında həftənin ən yaxşısı futbolçusu adına namizədlər müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, namizədlər "İnter"in hücumçu Romelu Lukaku ilə Lautaro Martines, "Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandeş və "Sevilya"nın qapıçısı Yassin Bunudur.
"İnter"in Ukrayna "Şaxtyor"unu 5:0 hesabı ilə məğlub etdiyi oyunda Lukaku və Martines dubl edib. Brunu Fernandeş "Sevilya"ya 1:2 hesabı ilə uduzduqları görüşdə penaltidən fərqlənib. Yassin Bunu isə sözügedən qarşılaşmaya seyvləri ilə damğa vurub.
Qeyd edək ki, avqustun 21-də Avropa Liqasının finalında "İnter" və "Sevilya" komandaları qarşılaşacaqlar.