Ötən il mayın 20-da Bakı Olimpiya Stadionunda keçirilmiş UEFA Avropa Liqasının final matçının təşkilinə vergilər də daxil olmaqla 13 milyon 333 min 491 manat xərclənib.
Offsideplus.az xəbər verir ki, gəlir isə çox yüksək olub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesablamalarına görə, "Çelsi"nin "Arsenal"a 4:1 hesabı ilə qalib gəldiyi finalın təşkilindən 680 milyon manat iqtisadi qazanc götürülüb.
Qeyd edək ki, layihənin büdcəsinin formalaşması üçün Maliyyə Nazirliyindən 11 milyon manat, AFFA-dan 2 milyon 333 min 491 manat ayrılıb.