"Qarabağ" - "Düdelanj" oyunundan sonra baş məşqçilərin iştirkaı ilə mətbuat konfransı keçirilib.

Offsideplus.az xəbər verir ki, ilk olaraq media önünə qonaqların çalışdırıcısı  Bertran Krasson çıxıb. Mütəxəssis fikirlərini belə izah edib:

"Qarabağ" kimi komandaya qarşı bu cür oyundağımız üçün fəxr edirik. Lakin rəqibin 90+1-ci dəqiqədə, üstəlik, 1 nəfər azlıqda oynadığı halda hesabı bərabərləşdirməyi bizi məyus edir. Oyunçularımdan razıyam. Hər biri üzərinə düşən öhdəliyi yerinə yetirdi. Komandada irəliləyiş görürəm. Böyük potensial var. Oyunun nəticəsinin heç bir önəmi olmasa da, hər bir oyun yeni macəra və təcrübədir. Bu oyunda bir çox futbolçular özlərini göstərdi. Bəziləri gözləmədiyim performans sərgilədilər. Kollektiv şəkildə yaxşı oyandılar".

O, həmçinin Bakını çox bəyəndiyini və yenidən gəlmək istədiyini də bildirib.