UEFA prezidenti Aleksander Çeferin növbəti dəfə Avropa Liqasının final matçının Bakıda keçirilməsi barədə qərarı şərh edib.

Offsideplus.az xəbər verir ki, Sloveniyalı funksioner "The Mirror"a müsahibəsində 2008-ci ildə UEFA Kubokunu qazanmış Rusiya "Zenit"inə Bakının Londondan daha yaxın olduğunu bildirib: "Finalda Azərbaycanın iki komandası oynasaydı və biz bu görüşün Londonda keçirilməsinə qərar versəydik, heç kim şikayətlənməyəcəkdi. İngiltərə Premyer Liqasının prezidenti mənə söyləmişdi ki, Dumanlı Albion klubları ən ucuz bilet və ən bahalı oyunçular istəyirlər. Demək olmaz ki, final məhz İngiltərədə keçirilməli idi. Kim bilərdi ki, həlledici qarşılaşmada İngiltərənin iki komandası üz-üzə gələcək? Finalın yerini necə dəyişdirmək olar? Bu, mümkünsüzdür. İnanın mənə, biz belə tədbirlərə 1,5 il əvvəldən hazırlaşırıq. Finalı Bakıda keçirdiyimizə görə Azərbaycan xalqı o qədər qürurlu və xoşbəxt idi ki... Uzaqdadırlar deyə, belə oyuna layiq olmadıqlarını düşünməklə, bir qədər ayrıseçkilik edirik. Məgər dünyanın mərkəzi İngiltərədir?"

Xatırladaq ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən UEFA Avropa Liqasının final matçında "Çelsi" "Arsenal"ı 4:1 hesabı ilə məğlub etmişdi. Final ərəfəsində UEFA final məkanı Bakı seçildiyinə görə tənqid olunurdu. İngilislər uzaq məsafə, yüksək gedişhaqqı kimi məsələlərə görə narazılıq edir, ingilis azarkeşlərin bu səbəbdən sevimli komandalarını dəstəkləməkdə çətinlik çəkdiyini bildirirdilər.