Avropa Liqasında qrup mərhələsinin 5-ci turundan sonra statistik göstəricilər açıqlanıb.
Offsideplus.az xəbər verir ki, Ukraynanın "Aleksandriya" klubunda çıxış edən millimizin müdafiəçisi Pavel Paşayev "Aleksandriya"nın heyətində qrup mərhələsinin geridə qalan 5 oyununda ən çox dəqiq ötürmə verən üçüncü oyunçudur. 31 yaşlı müdafiəçinin 196 ötürməsindən 144-ü dəqiq olub. Bu da 73%-lik göstərici deməkdir.
Xatırladaq ki, son turda öz meydanında "Volfsburq"a 0:1 hesabı ilə məğlub olan "Aleksandriya" qrupda qalıb.