Ermənilər "Qarabağ"ın Avropa Liqasındakı oyununda növbəti dəfə təxribata əl atıblar.

Offsideplus.az "Report"a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin səfərdə "Sevilya"ya 0:2 hesabı ilə uduzduğu matç zamanı "Ramon Sançes Pisxuan" stadionunda erməni bayrağı asılıb.

Azərbaycanın İspaniyadakı diasporunun üzvlərinin sərt etirazından sonra nəinki bayraq yığışdırılıb, həmin ermənilər də tribunadan uzaqlaşdırıblar.