"Qarabağ"ın futbolçusu Xayme Romero Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun "Sevilya" oyunu öncəsi mətbuat konfransında fikirlərini bildirib. Offsideplus.az xəbər verir ki, o, əvvəlcə matç haqda danışıb.

- Yaxşı komandaya qarşı oynayacağımızın fərqindəyik. Bizi çətin görüş gözləyir. Növbəti mərhələ üçün xal lazımdır. Diqqətli müdafiə olunmalı, şansımızı gözləməliyik. Məşqçinin bütün fikirlərinə qatılıram. Bakıdakı matçda 80-ci dəqiqədə oyunun taleyini həll etmələrinə baxmayaraq, necə vuruşduqlarını gördük. 1 xal qazanmağa çalışacağıq.

- "Qarabağ" burdan sərfəli nəticə ilə qayıtmaq üçün necə oynamalıdır?

- Müdafiədə diqqətli olmalı, boşluqlar buraxmamalıyıq. Ələ düşən fürsətlərdən istifadə etməyə çalışacağıq.

- "Ramon Sançes Pisxuan"da oynamısınız?

- Təəssüf ki, bəzi səbəblərdən bu stadionda oynamaq mənə nəsib olmayıb. "Qranada"da çıxış edərkən yadıma gəlməyən səbəbdən burada oynaya bilmədim. Təbii ki, bu stadionda oynamaq hər zaman xoşdur. Buradakı atmosferdən zövq almağa çalışacağıq.

- "Qarabağ"da 3 ispan futbolçu oynayır. Sabah stadionda yaxınlarınızdan neçə nəfər olacaq?

- Təxminən 10-a yaxın ailə üzvüm stadionda olacaq.(qol.az)