"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan Lüksemburq "Düdelanj"ı qrup mərhələsinin oyunları üçün biletləri yüksək qiymətə satacaq.

Offsideplus.az "5minutes" nəşrinə istinadən xəbər verir ki, 8 min azarkeş tutumuna malik "Jozi Bartel" stadionunda keçirilən oyunlara biletlər hər 3 matça abunə olan şəxslərə satılacaq. Bletlərin qiymətləri platformadan asılı olaraq görə 75-150 avro arasında dəyişəcək. Bütün abunələr satılmasa, qalan biletlər matç günlərində azarkeşlərə təqdim olunacaq.

Qeyd edək ki, "Qarabağ" qrup mərhələsində “Düdelanj”la ilk matçını oktyabrın 3-də səfərdə, cavab qarşılaşmasını isə dekabrın 12-də Tofiq Bəhramov adına respublika stadionunda keçirəcək.