"Real Madrid"in baş məşqçisi Joze Mourinyo La Liqada "Barselona" üzərində 2:1 hesablı səfər qələbəsini şişirtməyib.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu barədə bunları söyləyib:
"Əgər bu günkü qələbədən sonra "El Sardinero"da məğlub olsaq, bu qələbə heç bir əhəmiyyət kəsb etməyəcək. Çünki "Real Madrid" "Kamp Nou"da qələbə üçün yox, La Liqada çempionluq üçün oynayır".
Qeyd edək ki, 10 turdan sonra "Real Madrid" turnir cədvəlində 3-cü pillədə qərarlaşıb və lider "Barselona"dan 3 xal geri qalır. Onlar növbəti turda səfərdə "Rasinq"lə qarşılaşacaq.


