“Neftçi” bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, Roberto Bordinin komandası səfərdə İsrailin "Bney Yehuda" klubu ilə qarşılaşıb. Petak Tikvadakı "Ha Moshava" stadionunda keçirilən matçda Bakı təmsilçisi 1:2 hesabı ilə uduzub. Bakıdakı ilk görüşdə 2:2 heç-heçə edən "Neftçi" iki oyunun nəticəsinə əsasən, Avroliqada mübarizəni dayandırıb.