APOEL-in yeni baş məşqçisi Tomas Doll Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ”a qarşı keçiriləcək cavab matçında texniki zonada əyləşə bilməyəcək.
Offsideplus.az xəbər verir ki, bu mərhələnin oyunundan öncə UEFA-ya göndərilən sifariş ərizəsində APOEL-in baş məşqçisi kimi Paolo Trametsani göstərilib. İtaliyalı mütəxəssis isə dünən istefaya göndərilib və onun yetinə alman Tomas Doll gətirilib. Qaydalara əsasən, adı sifariş ərizəsində yer almayan baş məşqçi nə texniki zonada əyləşə, nə də matçdan sonra keçirlən mətbuat konfransına qatıla bilər. Bu səbəbdən o, görüşü tribunadan izləyəcək.
“Qarabağ”la Bakıdakı oyunda texniki zonada və mətbuat konfrasında yardımçı məşqçi yer alacaq.
Xatırladaq ki, “Qarabağ” – APOEL görüşü avqustun 13-ü Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu komandaların ilk görüşündə Ağdam klubu 2:1 hesabı ilə qalib gəlib.