"Çelsi"nin müdafiəçisi David Luiz Avropa Liqasının Bakıda baş tutacaq finalı barədə danışıb.
Offsideplus.az xəbər verir ki, braziliyalı futbolçu Britaniya mətbuatına açıqlamasında Avropa Liqasının "Arsenal"la keçiriləcək final görüşünü dəyərləndirib.
"Turnirə başladığımız ilk gündən Bakıda olmaq üçün mübarizə apardıq. Artıq bu hədəfimizə çatmışıq. Məqsədimiz ordan kubokla dönməkdir. Bakı finalı ilə bağlı çox rahatam. Komandam orda oynamaq və qalib gəlmək gücündədir. O ki qaldı "Arsenal"ın siyasi məsələyə görə probleminə, "Qarabağ"a qarşı oynadığımız zaman Bakını gəzmək imkanımız oldu. Çox gözəl ölkədir. "Qarabağ"a qarşı çıxış etmək bizim üçün xoş idi. Ancaq qərarlara da hörmətlə yanaşmaq lazımdır".
Xatırladaq ki, "Çelsi" ilə "Arsenal" arasında final matçı mayın 29-u Bakı Olimpiya stadionunda olacaq. Oyun saat 23:00-da başalayacaq.