Bakıda keçiriləcək UEFA Avropa Liqasının final qarşılaşmasının hakimləri açıqlanıb.
Offsideplus.az-ın məlumatına görə, İngiltərənin "Arsenal" və "Çelsi" komandalarının oyunu italiyalı hakimlər briqadasına həvalə olunub.
FIFA referisi Canluka Rokkiyə yan xətt hakimləri qismində Filippo Meli və Lorenzo Manqanelli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Daniele Orsato yerinə yetirəcək.
Həlledici görüşdə əsas video-köməkçi Hakim (VAR) italiyalı Massimiliano İrrati olacaq.
Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Qarşılaşma saat 23:00-da başlayacaq.