Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin Azərbaycan paytaxtına sonuncu – 5-ci işgüzar səfəri başlayıb.
Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, UEFA-nın 57 nəfərdən ibarət işçi heyəti stadion, mobillik, fan zona, mehmanxanalar, könüllülük, təhlükəsizlik, marketinq, media və s. məsələlərlə yerində tanış olacaq, fikir mübadiləsi aparılacaq. Səfər fevralın 15-dək davam edəcək.
Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da keçiriləcək.