UEFA-nın İcraiyyə Komitəsi dekabrın 2-də keçirilən iclasında 2021-ci ilin yayından avrokuboklarda islahatların aparılması barədə qərar qəbul edib.
Offsideplus.az xəbər verir ki, yeni turnirin yaradılması ilə bağlı avrokubokların formatında baş verəcək yeniliklər çoxları üçün qaranlıq qalıb.
"Matc.az" saytı 2021/22 mövsümündən tətbiq olunacaq formatın detallarına aydınlıq gətirib. Yeni yaradılan və hələlik şərti olaraq Avropa Liqası-2 adlanan yarış digər iki turnirə də ciddi təsir edib.
İlkin olaraq iştirakçıların turnirlər və mərhələlər üzrə bölgüsü də müəyyənləşib. Təsdiqlənən bu bölgünün təkmilləşdirmə prosesində yalnız xırda dəyişikliklərə uğraması mümkündü. Ölkələrin bölgüdəki payı isə onların UEFA reytinqindəki mövqeyindən asılı olacaq. Bu mövqelər aşağıdakı siyahılarda dırnaq arasında göstərilib.
Kubok sahibinin avrokuboklara öz ölkəsində neçənci komanda adı ilə çıxması kimi detallar sonrakı dövrdə dəqiqləşəcək.
Çempionlar Liqası
Əslində, Çempionlar Liqasının formatı dəyişməz qalıb. Burada yeganə fərq uduzan komandaların taleyi ilə bağlıdır. Onların hansı turnirə getməsi və hansı mərhələdən başlaması digər yarışlarla bağlı bölmədə əksini tapıb.
Çempionlar yolu/İlkin mərhələ
“52-55”in çempionları – 4 komanda
Çempionlar yolu/I təsnifat mərhələsi
İlkin mərhələ qalibi – 1 komanda
“18-51”in çempionları (Lixtenşteyn istisna) – 33 komanda
Çempionlar yolu/II təsnifat mərhələsi
I təsnifat mərhələsi qalibləri – 17 komanda
“15-17”nin çempionları – 3 komanda
Liqa yolu/II təsnifat mərhələsi
“10-15”in 2-ci yer sahibləri – 6 komanda
Çempionlar yolu/III təsnifat mərhələsi
Çempionlar yolu/II təsnifat mərhələsi qalibləri – 10 komanda
“13-14”ün çempionları – 2 komanda
Liqa yolu/III təsnifat mərhələsi
Liqa yolu/II təsnifat mərhələsi qalibləri – 3 komanda
“7-9”un 2-cisi – 3 komanda
“5-6”nin 3-cüsü – 2 komanda
Çempionlar yolu/Pley-off mərhələsi
Çempionlar yolu/III təsnifat mərhələsi qalibləri – 6 komanda
“11-12”nin çempionları – 2 komanda
Liqa yolu/Pley-off mərhələsi
Liqa yolu/III təsnifat mərhələsi qalibləri – 4 komanda
Qrup mərhələsi
Liqa yolu/Pley-off mərhələsi – 2 komanda
Çempionlar yolu/Pley-off mərhələsi – 4 komanda
“7-10”un çempionları – 4 komanda
“5-6”dan çempion və 2-ci yer – 4 komanda
“1-4”də ilk dörd yer sahibi – 16 komanda
Avropa Liqası
Yeni turnir Avropa Liqasını az qala kökündən dəyişib. 2021-ci ildən bu yarışın qrupunda 48 deyil, 32 komanda oynayacaq. Üstəlik, ilk iki təsnifat mərhələləri də ləğv olunub. Avropa Liqası III təsnifatdan başlayacaq.
Burda əsasən Çempionlar Liqasında uduzanlar oynayacaq. Vur-tut 20 klub mübarizəyə Avropa Liqasından başlayacaq. Onlar UEFA reytinqində ilk 15 yeri tutan ölkələri təmsil edəcək. 11 klub birbaşa qrupa, 9-u təsnifat və pley-offa qatılacaq.
2022/23 mövsümündən etibarən 1 yer Avropa Liqası-2-nin qalibinə veriləcək. Bu üzdən ilk mövsümdə standart klub paylanması çox cüzi dəyişikliyə uğrayacaq. Yəni ilk mövsümdə 16-cı yer də şans qazana bilər və ya birbaşa qrupa düşənlərin sayı dəyişər.
Lakin bu kiçik və yalnız bir dəfə olacaq dəyişiklik ümumi mənzərəni dəyişməyəcək. Bütün bu böyük islahatlar isə Azərbaycandan yan ötməyəcək. Əksinə birbaşa təsir edəcək.
Əvvəl 1 komandamız Çempionlar Liqasında, 3 komandamız Avropa Liqasında oynayırdı. 2021-ci ildən isə Avropa Liqasının qapıları bağlanır. Çünki hazırda UEFA reytinqində 26-cı olan Azərbaycanın 3 ildən sonra 15-ci olması, İsveçrə, Çexiya, Xorvatiya, Serbiya kimi ölkələri qabaqlaması mümkünsüz görünür.
Bir sözlə, Azərbaycan klubları Avropa Liqasından kənarlaşdırılır. Ümid ancaq onadır ki, Çempionlar Liqasındakı təmsilçimizin uduzduqdan sonra bu turnirə düşsün. Bu da artıq daha çətin olacaq. Çünki Çempionlar Liqasında heç olmasa 1 mərhələ keçməlisən ki, uduzanda Avropa Liqasında düşəsən. Yoxsa Avropa Liqası-2-yə düşmək ehtimalı olacaq.
Əsasən zəiflərin oynadığı UEFA Avropa Liqası-2-də müəyyən uğurlar qazanmaq perspektivi var. Amma turnirin qalibi olaraq Avropa Liqasına düşmək xəyaldan artıq bir şey deyil.
Avropa Liqasındakı dəyişikliklər arasında pley-offda Çempionlar və Liqa yollarının birləşməsi, həmçinin 1/16 final (keçid oyunları da demək olar) və 1/8 finala da toxunub.
Liqa yolu/III təsnifat mərhələsi
Liqa yolu/II təsnifat mərhələsində uduzanlar – 3 komanda
“13-15”in 3-cüsü – 3 komanda
Çempionlar yolu/III təsnifat mərhələsi
Çempionlar yolu/II təsnifat mərhələsində uduzanlar – 10 komanda
Pley-off
Çempionlar yolu/III təsnifat mərhələsi qalibləri – 5 komanda
Liqa yolu/III təsnifat mərhələsi qalibləri – 3 komanda
Çempionlar Liqası Çempionlar yolu/III təsnifat mərhələsində uduzanlar - 6 komanda
“7-12”nin 3-cüsü – 6 komanda
Qrup mərhələsi
Pley-offun 10 qalibi
Çempionlar Liqası pley-offda uduzanlar – 6 komanda
Çempionlar Liqası Liqa yolu/III təsnifat mərhələsində uduzanlar – 4 komanda
Avropa Liqası-2-də son qalib – 1 komanda
“6”nın 4-cüsü – 1 komanda
“5”in 4-5-ciləri – 2 komanda
“1-4”ün 5-6-cıları – 8 komanda
1/16 final
Qruplarda 2-ci yeri tutanlar – 8 komanda
Çempionlar Liqasında qrupda 3-cü yeri tutanlar – 8 komanda
1/8 final
Qrup qalibləri – 8 komanda
1/16 final qalibləri – 8 komanda
Avropa Liqası-2
Bu da yeni turnir! 4 təsnifat mərhələsi olan və Azərbaycan kimi ölkələrin üç komandayla təmsil olunduğu klassik Avropa Liqasını xatırladan turnir. Düzdü, burada nəhəng ölkələrin təmsilçiləri daha azdı. Amma Avropa Liqasında uduzan komandalar bura gələcək. Üstəlik, Çempionlar Liqasından Avropa Liqasında düşənlər mövsüm ərzində hər üç turnirdə oynamaq imkanı da qazanacaq.
Əslində, bu 3-cü dərəcəli və digər turnirlərin kölgəsi olan, onlarda uduzanlar üçün təsəlli olan yarış Azərbaycan klubları üçün yeni üfüqlər açır. “Qarabağ”ın bir neçə dəfə güclü Avropa Liqasının qrupundan çıxmağa yaxın olduğunu nəzərə alsaq, daha zəif turnirdə 1/8, hətta 1/4 finala qədər xəyallar qurmaq olar. Təbii ki, komandalarımız “Qarabağ”ın bir neçə il əvvəl olduğu kimi güclü oynaması və püşkdən də çox şey asılıdı. Azərbaycan çempionu üçün qrupa düşmək daha asan olacaq. Çempionlar Liqasında “32-liy”ə qədər irəliləməsə, buna Avropa Liqasında, orda da alınmasa, Avropa Liqası-2-də cəhd etmək mümkün olacaq. Digər komandalarımız da 3-cü dərəcəli turnirdə 4 mərhələ adlaya bilər. “Qəbələ” iki dəfə Avropa Liqasında 4 raund adlayıbsa, Avropa Liqası-2-də bunu gerçəkləşdirmək daha asan olacaq.
Özü də nəzərə alaq ki, indiki mövqeyimiz – 26-cı yer 1 komandanın ilk raunddan azad olunması üçün yetərlidir. Azərbaycanda 2-ci komanda kubok sahibi sayılır. Kubokun qalibi 2-ci raunddan, gümüş və bürünc mükafatçı 1-cidən mübarizəyə başlayacaq. Təbii ki, o vaxta qədər mövqeyimiz ciddi dəyişməsə.
Liqa yolu/I təsnifat mərhələsi
“55”in 2-cisi – 1 komanda
“52-54”ün 2-3-cüləri – 6 komanda
“30-51”nin 2-4-cüləri (Lixtenşteyn istisna) – 63 komanda
“29”un 4-cüsü – 1 komanda
Lixtenşteyn – 1 komanda
Liqa yolu/II təsnifat mərhələsi
I təsnifat mərhələsi qalibləri – 36 komanda
“29”un 2-3-cüsü – 2 komanda
“16-28”in 2-4-cüləri – 39 komanda
“13-15”in 4-5-ciləri – 6 komanda
“7-12”nin 5-ciləri – 6 komanda
“6”nın 6-cısı – 1 komanda
Çempionlar yolu/II təsnifat mərhələsi
Çempionlar Liqasının ilkin və I təsnifat mərhələsində uduzanlar – 20 komanda
Liqa yolu/III təsnifat mərhələsi
II təsnifat mərhələsinin qalibləri – 45 komanda
“7-12”nin 4-cüləri – 1 komanda
“6”nın 5-cisi – 1 komanda
Çempionlar yolu/ III təsnifat mərhələsi
Çempionlar yolu/II təsnifat mərhələsi qalibləri – 10 komanda
Çempionlar yolu/ Pley-off
Çempionlar yolu/ III təsnifat mərhələsi qalibləri – 5 komanda
Avropa Liqası Çempionlar yolu, III təsnifat mərhələsində uduzanlar – 5 komanda
Liqa yolu/Pley-off
Liqa yolu/III təsnifat mərhələsi qalibləri – 26 komanda
Avropa Liqasının Liqa yolu/III təsnifat mərhələsində uduzanlar – 3 komanda
“5”in 6-cısı – 1 komanda
“1-4”ün 7-ciləri – 4 komanda
Qrup mərhələsi
Pley-offun qalibləri – 22 komanda
Avropa Liqasının pley-offunda uduzanlar – 10 komanda
1/16 final
Qrupda 2-ci olanlar – 8 komanda
Avropa Liqası qrupda 3-cü olanlar - 8 komanda
1/8 final
Qrup qalibləri – 8 komanda
1/16 final qalibləri – 8 komanda
Çempionlar Liqası
Çempionlar yolu/İlkin mərhələ “52-55”in çempionları – 4 komanda |
|
Çempionlar yolu/I təsnifat mərhələsi İlkin mərhələ qalibi – 1 komanda “18-51”in çempionları (Lixtenşteyn istisna) – 33 komanda |
|
Çempionlar yolu/II təsnifat mərhələsi I təsnifat mərhələsi qalibləri – 17 komanda “15-17”nin çempionları – 3 komanda |
Liqa yolu/II təsnifat mərhələsi “10-15”in 2-ci yer sahibləri – 6 komanda |
Çempionlar yolu/III təsnifat mərhələsi Çempionlar yolu/II təsnifat mərhələsi qalibləri – 10 komanda “13-14”ün çempionları – 2 komanda |
Liqa yolu/III təsnifat mərhələsi Liqa yolu/II təsnifat mərhələsi qalibləri – 3 komanda “7-9”un 2-cisi – 3 komanda “5-6”nin 3-cüsü – 2 komanda |
Çempionlar yolu/Pley-off mərhələsi Çempionlar yolu/III təsnifat mərhələsi qalibləri – 6 komanda “11-12”nin çempionları – 2 komanda |
Liqa yolu/Pley-off mərhələsi Liqa yolu/III təsnifat mərhələsi qalibləri – 4 komanda |
Qrup mərhələsi Liqa yolu/Pley-off mərhələsi – 2 komanda Çempionlar yolu/Pley-off mərhələsi – 4 komanda “7-10”un çempionları – 4 komanda “5-6”dan çempion və 2-ci yer – 4 komanda “1-4”də ilk dörd yer sahibi – 16 komanda |
Avropa Liqası
Liqa yolu/III təsnifat mərhələsi Liqa yolu/II təsnifat mərhələsində uduzanlar – 3 komanda “13-15”in 3-cüsü – 3 komanda |
Çempionlar yolu/III təsnifat mərhələsi Çempionlar yolu/II təsnifat mərhələsində uduzanlar – 10 komanda |
Pley-off Çempionlar yolu/III təsnifat mərhələsi qalibləri – 5 komanda Liqa yolu/III təsnifat mərhələsi qalibləri – 3 komanda Çempionlar Liqası Çempionlar yolu/III təsnifat mərhələsində uduzanlar - 6 komanda “7-12”nin 3-cüsü – 6 komanda |
|
Qrup mərhələsi Pley-offun 10 qalibi Çempionlar Liqası pley-offda uduzanlar – 6 komanda Çempionlar Liqası Liqa yolu/III təsnifat mərhələsində uduzanlar – 4 komanda Avropa Liqası-2-də son qalib – 1 komanda “6”nın 4-cüsü – 1 komanda “5”in 4-5-ciləri – 2 komanda “1-4”ün 5-6-cıları – 8 komanda |
|
1/16 final Qruplarda 2-ci yeri tutanlar – 8 komanda Çempionlar Liqasında qrupda 3-cü yeri tutanlar – 8 komanda |
|
1/8 final Qrup qalibləri – 8 komanda 1/16 final qalibləri – 8 komanda |
Avropa Liqası-2
Liqa yolu/I təsnifat mərhələsi “55”in 2-cisi – 1 komanda “52-54”ün 2-3-cüləri – 6 komanda “30-51”nin 2-4-cüləri (Lixtenşteyn istisna) – 63 komanda “29”un 4-cüsü – 1 komanda Lixtenşteyn – 1 komanda |
|
Liqa yolu/II təsnifat mərhələsi I təsnifat mərhələsi qalibləri – 36 komanda “29”un 2-3-cüsü – 2 komanda “16-28”in 2-4-cüləri – 39 komanda “13-15”in 4-5-ciləri – 6 komanda “7-12”nin 5-ciləri – 6 komanda “6”nın 6-cısı – 1 komanda |
Çempionlar yolu/II təsnifat mərhələsi Çempionlar Liqasının ilkin və I təsnifat mərhələsində uduzanlar – 20 komanda |
Liqa yolu/III təsnifat mərhələsi II təsnifat mərhələsinin qalibləri – 45 komanda “7-12”nin 4-cüləri – 1 komanda “6”nın 5-cisi – 1 komanda |
Çempionlar yolu/ III təsnifat mərhələsi Çempionlar yolu/II təsnifat mərhələsi qalibləri – 10 komanda |
Liqa yolu/Pley-off Liqa yolu/III təsnifat mərhələsi qalibləri – 26 komanda Avropa Liqasının Liqa yolu/III təsnifat mərhələsində uduzanlar – 3 komanda “5”in 6-cısı – 1 komanda “1-4”ün 7-ciıəri – 4 komanda |
Çempionlar yolu/ Pley-off Çempionlar yolu/ III təsnifat mərhələsi qalibləri – 5 komanda Avropa Liqası Çempionlar yolu, III təsnifat mərhələsində uduzanlar – 5 komanda |
Qrup mərhələsi Pley-offun qalibləri – 22 komanda Avropa Liqasının pley-offunda uduzanlar – 10 komanda |
|
1/16 final Qrupda 2-ci olanlar – 8 komanda Avropa Liqası qrupda 3-cü olanlar - 8 komanda |
|
1/8 final Qrup qalibləri – 8 komanda 1/16 final qalibləri – 8 komanda |