Avropa Liqasının V turu ərəfəsində turnirdə çıxış edən futbolçuların fərdi reytinqi açıqlanıb.
Offsideplus.az xəbər verir ki,cədvələ Almaniya “Ayntraxt”ının oyunçusu Sebastyan Haller başçılıq edir. Onun hesabında 6282 xal var. İspaniya “Betis”inin üzvü Covanni Lo Çelso 5873 xalla 2-cidi. 5646 xala malik Munas Dabbur (“Zalsburq”, Avstriya) üçüncüdür.
Ən yaxşı Azərbaycan futbolçusu “Qarabağ”ın müdafiəçisi Maksim Medvedevdir. 1305 xala malik futbolçu siyahıda 406-cı yerə qədər irəliləyib. Ondan 11 xal geri qalan Qara Qarayev 415-ci pillədəki yerini qoruyub. 487-ci yerə enən “Astana”dakı təmsilçimiz Riçard Almeydanın aktivində 1093 xal var.
Turnirdəki yeganə Azərbaycan təmsilçisi “Qarabağ”ın ən yaxşısı Abdullah Zubirdir. 1654 xala malik legioner ümumi sıralamada 300-cü yerə enib. Maksimlə Qara isə öz klublarında 2-ci və 3-cü yerlərdə qərarlaşıb.
“Qarabağ”ın çıxış etdiyi E qrupunun ən yaxşısı “Arsenal”lı Sokratis Papastopulosdu. 3337 xala malik müdafiəçi Avropa Liqasında 51-cidi. Növbəti rəqib – Portuqaliya “Sportinq”inin ən yaxşı üzvü Markos Akunya 3227 xalla 59-cudu. Lakin cəzalı olduğundan noyabrın 29-dakı matçı buraxacaq. (matc.az)