UEFA prezidenti Aleksander Çeferin növbəti dəfə Superliqa ideyasına münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, qurum rəhbəri yeni liqa ideyasına kəskin etiraz edib. “Belə bir liqa olmayacaq. Hansısa klubların düşüncəsi həyata keçməyəcək. Əminliklə deyirəm. Bizim bəzi ideyalarımız var. Amma Superliqa barədə söhbət gedə bilməz. Avropa klubları əvvəlki qaydalar üzrə oynayacaqlar. Superliqa ideyasını unudun”,- Çeferin bildirib.
Xatırladaq ki, "Mançester Yunayted", "Çelsi, "Mançester Siti", "Liverpul", "Arsenal", "Real", "Barselona", "Yuventus", "Milan", PSG və "Bavariya" 2021-də UEFA-dan ayrılaraq Superliqa yaratmaq fikrinə düşüb. Bu 11 klub sənədlərdə yeni liqanın təsisçisi kimi qeydə alınacaq. Onlara yeni liqada 20 il çıxış etmək imkanı yaradılacaq.