UEFA Avstriyaya qarşı oyunda "bozqurd" işarəsi göstərən Merih Demiralı cəzalandırıb.
Offsideplus.az "Bild" nəşrinə istinadən xəbər verir ki, türk müdafiəçi 2 oyunluq cəza alıb. O, Avropa çempionatında 1/4 final və mümkün yarımfinal oyunlarını buraxacaq. Almaniya mətbuatının xəbərinə görə, qərar sabah rəsmən açıqlanacaq.
Qeyd edək ki, Türkiyə millisi 6 iyulda Niderland yığması ilə üzləşəcək.