Ermənistanın paytaxtı İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatına bu gün start verilir.

Offsideplus.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın bir idmançısı mübarizəyə başlayacaq. 49 kq çəki dərəcəsində Nazilə İsmayılova körpücük üzərinə çıxacaq. 

Qeyd edək ki, Azərbaycan millisinin heyətində kişilərin yarışında İsa Rüstəmov (67 kq) aprelin 17-də, Ömər Cavadov (73 kq) 18-də, Əli Şükürlü (102 kq) isə 22-də yarışacaq. Qitə birinciliyinə ayın 23-də yekun vurulacaq.