Fevralın 18-19-da Bakıda keçiriləcək batut gimnastikası üzrə Dünya Kubokunda 17 ölkənin komandası qeydiyyatdan keçib.
Offsideplus.az xəbər verir ki, Milli Gimnastika Arenasında ümumilikdə 63 idmançının çıxış edəcəyi gözlənilir.
Ölkəmizi yarışda Selcan Mahsudova təmsil edəcək. O, keçən il Bakıda təşkil olunan analoji turmirdə gümüş medal qazanıb.