Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında 200 metr məsafəyə qaçışda finala vəsiqə qazana bilməyib.
Offsideplus.az-ın məlumatına görə, , 31 yaşlı idmançı yarımfinal mərhələsində finişə 20.31 saniyə ilə 6-cı çatıb.
*** 09:13
Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Offsideplus.az-ın məlumatına görə, 200 metr məsafəyə qaçışda yarışan 31 yaşlı idmançı təsnifat mərhələsində finişə 20.54 saniyəyə ikinci çatıb və yarımfinala yüksəlib.
Yarımfinal Bakı vaxtı ilə saat 15:50-də başlayacaq.
Qeyd edək ki, Ramil Quliyev 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda dünya, 2018-ci ildə Almaniyanın paytaxtı Berlində Avropa çempionu olub.