Tokio-2020 Yay Olimpiadasında maraqlı sevinc anı yaşanıb.

Offsideplus.az xəbər verir ki, 400 metr məsafəyə üzmədə avstraliyalı Ariarne Titmusun qızıl medal qazanması məşqçisini sözün əsl mənasında "divara dırmaşdırıb". Belə ki, Din Boksall yetirməsinin 5 qat olimpiya çempionu Keti Ledeki üzərindəki qələbəsinə hədsiz emosionallıqla yanaşıb.

Avstraliyalı mütəxəssis ağzındakı maskanı çıxararaq şüşə səddə tərəf gedib və həmin səddi tutaraq seksual hərəkətlər etməyə başlayıb. Onun bu hərəkətləri ətrafdakıların marağına və gülüşünə səbəb olub. 

Həmin anın fotosunu təqdim edirik: