Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün 29 növ üzrə mübarizə aparılıb.

Offsideplus.az xəbər verir ki, daha 14 dəst medal oxatma, şose velosipedi, suya tullanma, qılıncoynatma, cüdo, atıcılıq, skeytbordinq, üzgüçülük, taekvondo və ağırlıqqaldırma növlərində sahiblərini tapıb. Beləliklə, 29 dəst medala 40 ölkənin idmançıları sahib çıxıb.

Çin 11 (6 qızıl, 1 gümüş və 4 bürünc) medalla həm kəmiyyət, həm də keyfiyyətcə birinci pillədə qərarlaşıb.

10 (4 qızıl, 2 gümüş, 4 bürünc) medal qazanan ABŞ kəmiyyətcə 2-ci, keyfiyyətcə 3-cü pillədə qərarlaşıb. Medal əyarında 2-ci yeri isə 5 "qızıl", 1 "gümüş"lə Yaponiya tutur.

Bu gün 2 taekvondoçusu "bürünc"ə yiyələnən Türkiyə isə siyahıda 31-cidir.