Tokio-2020-də idman gimnastikasında mübarizə davam edir.
Offsideplus.az xəbər verir ki, bu gün qadınların yarışında təmsilçimiz Marina Nekrasova mübarizəyə qoşulub. 26 yaşlı idmançı fərdi çoxnövçülükdə 4 hərəkətin cəmində 48.232 bal toplayaraq, 68 iştirakçı arasında 55-ci yeri tutub. Finala yüksəlmək üçün isə ilk 24-lüyə düşmək lazım idi.
O, müxtəlif hündürlüklü qollarda 10,833 bal, dayaqla tullanmada 13,133 bal, gimnastika tirində 12,666 bal, xalça üzərində sərbəst hərəkətlərdə 12.000 bal yığıb.



