Tokio-2020 Yay Olimpiya Oyunlarında yarışların ilk gününə yekun vurulub.

Offsideplus.az xəbər verir ki, bu gün 7 növ üzrə 11 dəst mükafat sahiblərinə təqdim olunub.

Çin 3 qızıl, 1 gümüş və 4 bürünc medalla 1-ci pillədə qərarlaşıb. Aktivlərində hərəyə 1 qızıl və 1 gümüş medal olan İtaliya və yarışın ev sahibi Yaponiya 2-3-cü pillələri bölüşür.

Ölkəmiz isə medalçılar siyahısında yer almayıb.