Fevralın 21-23-də Şüvəlandakı ağırlıqqaldırma akademiyasında kişilər və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək.

Offsideplus.az xəbər verir ki, yarışda bölgələrdən 100-ə yaxın atlet qüvvəsini sınayacaq.

Azərbaycan çempionatının təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.