16 dəfə dünya çempionu olmuş Maqnus Karlsen şahmat oynamaq istədiyi İngiltərə Premyer Liqasında çıxış edən futbolçuların adlarını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, norveçli qrossmeyster deyib:

"Mən futbol və 100% Mohamed Salah azarkeşiyəm. Onunla görüşməmişəm, amma şahmat oynamaq istədiyim digər futbolçular kimi onunla da görüşmək istərdim. Martin Odeqarın da bir az oynadığını bilirəm. Əvvəllər sıx-sıx şahmatla məşğul idi, indi ara verib". 

Qeyd edək ki, bu yaxınlarda "Liverpul"un ulduzu Mohamed Salah Maqnus Karlsenə qarşı olan heyranlığını açıqlamış və şahmata olan düşkünlüyündən bəhs etmişdi.