Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsi olan "Chessable Masters"də bu gün 1/4 final görüşlərinə start veriləcək.
Offsideplus.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov bu raundda Levon Aronyanla (Ermənistan) üz-üzə gələcək.
1/4 final mərhələsi iki gün davam edəcək. 36 yaşlı qrossmeyster ötən gün XIV turda Aronyanla heç-heçə edib. O, təsnifat mərhələsini 9 xalla 7-cı pillədə tamamlayıb.
Qeyd edək ki, onlayn turnir avqustun 8-də başa çatacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib şahmatçı 30 min ABŞ dolları əldə edəcək.