Dünya çempionu Maqnus Karlsenin dəvəti ilə keçirilən şahmat üzrə onlayn superturnirdə mayın 1-də yarımfinal mərhələsinin ilk qarşılaşması keçiriləcək.

Offsideplus.az xəbər verir ki, bugünkü görüşdə qrup mərhələsinin lideri amerikalı şahmatçı Hikaru Nakamura həmyerlisi Fabiano Karuana ilə üz-üzə gələcək.

Qeyd edək ki, onlayn superturnirdə qrup mərhələsini H.Nakamura və çinli Liren Dinq hərəyə 15, M.Karlsen və F.Karuana hərəyə 13, rusiyalı Yan Nepomnyaşi 8, niderlandlı Aniş Giri, FIDE təmsilçisi Əlirza Firuzca hərəyə 7, fransalı Maksim Vaşe-Laqrav 6 xalla başa vurublar.

İlk 4 yeri tutan şahmatçılar yarışı yarımfinal mərhələsindən davam etdirirlər.