"Roma" klubu "Aston Villa"nın futbolçusu Leon Beylini heyətinə cəlb edib.
Offsideplus.az xəbər verir ki, keçid icarə əsasında baş tutub.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Roma" icarə haqqı olaraq İngiltərə klubuna 2 milyon avro ödəyəcək. Onlar gələn yay 22 milyon avro ödəyərək yamaykalı vingeri birdəfəlik transfer edə bilər.
Beyli 2021-ci ildən "Aston Villa"da çıxış edirdi. O, burada 144 oyunda 22 qol vurmağı bacarıb.



