"Milan"ın futbolçusu Rafael Leao sıradan çıxıb.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı vinger "Bari" ilə oyunda zədələnib. O, A Seriyasının ilk turunda "rossoneri"yə kömək edə bilməyəcək.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Qeyd edək ki, İtaliya A Seriyası bu həftəsonu başlayır. "Milan" avqustun 23-də "Kremoneze"ni qəbul edəcək.



