"Milan"ın baş məşqçisi Massimiliano Alleqri futbolçusu Rafael Leao barədə danışıb.
Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis 26 yaşlı vingerə güvənir:
"Rafa gələn mövsüm əla işlər görə bilər. Əminəm ki, onun oyununda olmayan nəyisə ortaya çıxara bilərəm.
O, bir oyunçunun zirvəsində çıxış etdiyi yaşa çatır".
Qeyd edək ki, Leao 2019-cu ildən "Milan"da çıxış edir. Bir dönəm onun haqqında ayrılıq xəbərləri çıxsa da, onun "qırmızı-qaralar"da qalacağı gözlənilir.



