Genoa Kriştfof Pyatekin transfer qiymətini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, İtaliya klubu polşalı forvard üçün 40 milyon avro tələb edir.
 
Chelsea-nin baş məşqisi Mauritsio Sarri bu futbolçunun alınması üçün rəhbərliyə müraciət edib. London klubu isə artıq "Cenoa" ilə danışıqlara başlayıb. İtalyanlar transferin 40 milyon avro ödəniləcəyi halda mümkün olacaını bildirib. İngiltərə klubunun 23 yaşlı futbolçu üçün bu məbləği ödəməyə razılıq verdiyi bildirilir.
Qeyd edək ki, Pyatek bu ilin yayında Polşanın "Krakoviya" klubundan "Genoa"ya 4,5 milyon avroya transfer olunub.
 
Futbolçu İtaliya klubunun heyətində meydana çıxdığı 9 oyunda 13 qol vurub. Onunla "İnter", "Roma", "Napoli" və "Barcelona" da maraqlanır.