"Roma"nın yeni baş məşqçisi Can Pyero Qasperini olacaq.

Offsideplus.az xəbər verir ki, tərəflər arasında razılıq əldə edilib.

Qasperini ilə son anda "Yuventus" da əlaqəyə keçib, lakin qocaman mütəxəssis "canavarlar"a verdiyi sözdən dönməyib.

O, 9 illik "Atalanta" dönəmindən sonra yeni macərəya atılacaq.

"Roma" ilə mövsümü başa vuran Klaudio Ranyeri isə təqaüdə çıxacaq.