Juventus-un baş məşqçisi Massimiliano Alleqri İtaliya mətbuatına açıqlama verib.
Offsideplus.az xəbər verir ki, Alleqri Avropada titul qazanmağın vaxtı gəldiyini deyib:
“7 dəfə İtaliya A Seriyasını, 4 dəfə isə ölkə kubokunu qazanmışıq. Artıq Avropada titul qazanmağın vaxtıdır. 2015 və 2017-ci ildə finalda məğlub olmuşduq. Düşünürəm ki, bu il Çempionlar Liqasını qazana bilərik.
Milli komandalara görə yaranan fasilədən sonra bizi Genoa ilə oyun gözləyir. Yeni baş məşqçinin rəhbərliyi altında matça çıxacaqlar. Heç də asan oyun olmayacaq”.
Juventus A Seriyasında 8 turdan sonra maksimum nəticə göstərərək, ilk pillədə qərarlaşıb.(komanda.az)