"Yuventus"un futbolçusu Pol Poqba gələcəyi ilə bağlı maraqlı açıqlama verib.

Offsideplus.az "Ekip"ə istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi bunları söyləyib:

"Mənim klubum var. Ancaq geri dönmək haqda düşünürəm. Ancaq hansı halda komandaya kömək edəcəyimi bilmədiyim üçün konkret olaraq nəsə deyə bilmərəm. Mənim məqsədim əsas idman formasında olmağımdır".

Qeyd edək ki, Poqbanın dopinq müayinəsi müsbət çıxdığından 4 il futboldan kənarlaşdırılması haqda qərar qəbul edilib.