"Milan" rəhbərliyi Paulo Fonsekanı qovmağı düşünür. 

Offsideplus.az xəbər verir ki, Fonseka A Seriyasında "İnter"ə qarşı oyunda da məğlub olsa, komandadan göndəriləcək. İtaliya klubu cari mövsüm portuqaliyalı baş məşqçinin rəhbərliyi altında 5 matçdan cəmi 4-də qalib gəlib. 

Klub rəhbərliyi artıq Massimiliano Alleqri ilə əlaqəyə keçib. İtaliya mətbuatında yayılan məlumata görə, Alleqri sabiq klubuna (2010-2014) qayıtmağa hazırdır. 

Qeyd edək ki, "İnter" - "Milan" qarşılaşması sentyabrın 22-də baş tutacaq.