MLS-də çıxış edən Zlatan İbrahimoviç İtaliyaya qayıda bilər.
Offsideplus.az xəbər verir ki, Milan sabiq 2010-2012-ci illərdə formasını geyinən futbolçunun xidmətində maraqlıdır. Los-Angeles Galaxy-nin heyətində vurduğu qollarla adından söz etdirən İbrahimoviçin gəlişinə Qattuzo da qarşı deyil.
MLS klubu ilə ilin sonuna qədər müqaviləsi olan 37 yaşlı forvard qışda Milan-a azad agent kimi keçə bilər.