Portuqaliya millisinin və "Yuventus"un futbolçusu Kriştiano Ronaldo FİFA-nın Londonda təşkil etdiyi mükafatlandırma mərasiminə qatılmayacaq.
Offsideplus.az "Marca"ya istinadən yaydığı xəbərə görə, o, Turin klubunun digər oyunçuları kimi komandanın sıx qrafikinə görə tədbirə getməkdən imtina edib. Dünən "Frozinonze" ilə oynayan "Yuventus" çərşənbə günü "Bolonya" ilə qarşılaşacaq.
Qeyd edək ki, K.Ronaldo FİFA-nın ilin ən yaxşı futbolçusuna verdiyi "The Best" mükafatına üç namizəddən biridir.