"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri futbolçusu Kriştiano Ronaldo haqda açıqlama verib. 

Offsideplus.az xəbər verir ki, o, portuqaliyalı hücumçudan asılı olmadıqlarını bildirib:

 "Ronaldo dünyanın ən yaxşı oyunçularından biridir. Onun hazırlaşmağından məmnunam. "Yuventus"a böyük faydası var, amma biz Ronaldodan asılı deyilik".