“Çelsi”nin yarımmüdafiəçisi Sesk Fabreqas karyerasını A Seriyasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, ispan futbolçu “Milan”ın maraq dairəsinə düşüb. “Rossonyerlər” 31 yaşlı oyunçunu qış transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. “Çelsi” rəhbərliyi də müqaviləsi gələn yay başa çatacaq yarımmüdafiəçini rəmzi qiymətə “Milan”a satmağa hazırdı. Çünki İspaniya millisinin üzvü London klubunda demək olar ki, meydana çıxmr.
Qeyd edək ki, Fabreqas 2014-cü ildən “Çelsi”də oynayır.(qol.az)