İtaliyanın "Montsa" klubunda çıxış edən Papu Qomes futboldan uzaqlaşdırılıb.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı vingerin dopinq testinin nəticəsi müsbət çıxıb. Bu barədə "Relevo" nəşri məlumat yayıb.
Argentina millisinin üzvünün Qətərdə keçirilən dünya çempionatından sonra verdiyi testdə dopinq aşkarlanıb. Təcrübəli ön xətt oyunçusu 2 illik futboldan uzaqlaşdırılma cəzası alıb.