İtaliyada ortaya çıxan mərc qalmaqalı haqqında danışanlardan biri də Zlatan İbrahimoviç olub.

Offsideplus.az xəbər verir ki, keçmiş futbolçu Sandro Tonali ilə bağlı təəccüblü açıqlamalar verib.


Zlatan İbrahimoviç Turin Prokurorluğunun başlatdığı qeyri-qanuni mərc araşdırmasında günahını boynuna alan Sandro Tonali ilə bağlı açıqlamalar verib. Sandro Tonalinin qumar aludəçisi olduğunu etiraf etdiyi xatırladılan Zlatan İbrahimoviç bunları deyib:

"Mən bu hekayə haqqında çox az şey bilirəm, heç vaxt qəribə bir şey görməmişəm. Amma bəzi şeyləri bilmədən mühakimə etməməlisiniz. Əgər onun həqiqətən də qumar problemi varsa, ona kömək etməliyik, çünki qumar asılılığı narkotik kimidir".

Hər kəsin öz pulu ilə istədiyini edə biləcəyini iddia edən əfsanəvi futbolçu, “Mən də öz pulumla qumar oynadım, çünki hər kəs öz pulu ilə istədiyini edə bilər”, - deyib.