"Milan" klubu futbolçusu Aleksis Salemakersi icarəyə verib.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı vinger karyerasını "Bolonya"da davam etdirəcək. Aleksislə mövsümün sonunadək müqavilə imzalanıb.

"Bolonya" belçikalı üçün "Milan"a 500 min avro ödəyib. Sözləşməyə birdəfəlik satın ala bilmə bəndi dədaxildir. Klub istəsə, 10 milyon avro ödəyərək futbolçunun transfer hüququna yiələnə bilər.

Qeyd edək ki, "Milan" Aleksis Salemakersi 2020-ci ilin yanvar ayında "Anderlext"dən transfer edib.