“Roma” klubunun hücumçusu Eldor Şomurodov A Seriyasına yeni qayıdan “Kalyari”yə keçib.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı özbək futbolçu Sardiniya təmsilçisinə 1 illik icarə əsasında, 9 milyon avro qarşılığında keçib.

Onun italiyalı mütəxəssis Klaudio Ranyerinin çalışdırdığı komandaya transferi gələn həftənin əvvəlində açıqlanacaq.