İtaliyanın "Yuventus" klubu mərkəz hücumçusu Duşan Vlahoviçə qiymət qoyub.

 Offsideplus.az xəbər verir ki, Turin təmsilçisi 23 yaşlı serbiyalı forvard üçün 80 milyon avro tələb edir.

Bu barədə məlumatı jurnalist Alfredo Pedulla yayıb.

İnformasiyaya görə, "Yuventus" "Çelsi"nin bu məbləği ödəyəcəyi təqdirdə, futbolçusunu "zadəganlar"a satacaq.