"Roma" klubu yeni futbolçu transfer edib.

Offsideplus.az xəbər verir ki, "Canavarlar" "Lion"la müqaviləsi başa çatan Ussem Auarı transfer edib. 24 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. O, "Roma"da 22 nömrəli formanı geyinəcək.

"Lion"un yetriməsi olan fransalı futbolçu 2017-ci ildən əsas komandada oynayır. O, ilk dəfədir klub dəyişir.