İtaliyanın “Benevento” klubunun kapitanı Fabio Luçoni bir il müddətinə futbol yarışlarından kənarlaşdırılıb.
Offsideplus.az xəbər verir ki, buna ondan götürülən dopinq testin müsbət nəticə verməsi səbəb olub.
Futbolçudan A Seriyasının III turu çərçivəsində sentyabrda baş tutmuş “Torino” ilə oyundan (0:1) sonra götürülmüş test onun üçün yaxşı nəticələnməyib. Komandanın həkimi Valter Corcone səhvən ona qadağan olunmuş həblər verib. Bu isə futbolçunun bir il müddətinə diskvalifikasiya olunmasına gətirib çıxarıb.
Qeyd edək ki, A Seriyasının aşkar autsayderinin həkimi də sərt cəzalandırılıb. Ona dörd illik cəza verilib.