İcarə əsasında "Milan"nın formasını geyinən Serxinyo Dest yayda "Barselona"ya qayıdacaq.
Offsideplus.az xəbər verir ki, İtaliya təmsilçisi ABŞ-li müdafiəçini birbaşa transfer etmək istəmir. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
Futbolçu cari mövsümün sonu "Barselona"ya dönəcək və gələcəyi ilə bağlı son qərar veriləcək.