“Yuventus”un futbolçusu Xuan Kuadrado “Roma”ya keçə bilər.

Offsideplus.az xəbər verir ki, paytaxt klubu kolumbiyalı yarımmüdafiəçinin agenti ilə danışıqlara başlayıb.

 Qeyd edək ki, 30 yaşlı futbolçu ötən mövsüm A Seriyasında 21 oyuna 4 qol vurub, 6 məhsuldar ötürmə edib.